Yasamal rayonunda gənc oğlan sürücüləri təhlükəyə atıb. Bu haqda 22 iyun tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan Akademik Milli Dram Teatrının yaxınlığında sürücülər bir nəfərə görə təhlükə ilə üzləşiblər. Belə ki, axşam saatlarında Qış parkından avtomobil yoluna qəflətən gənc oğlan çıxıb. O, topu canından artıq bilərək onun dalınca qaçıb.
Yolda hərəkətin intensiv olmadığı üçün, oğlan son anda qəzadan yaxa qurtara bilib.