TARİXİ XƏBƏRLƏR

Bakıda müharibə sonrası stres yaşayanlar üçün təlim keçiriləcək

Foto ARDA Facebook səhifəsi

Bakıda 23 iyun, saat 12:00-da “Biz kömək üçün buradayıq” layihəsi çərçivəsində ödənişsiz təlim keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 22 iyun tarixində xəbər verir.

Təlim saat 12:00-da “Winter Park” hotelində baş tutacaq. Layihə Polşa Respublikası Xarici İşlər Nazirliyinin Polşanın inkişaf əməkdaşlığı çərçivəsində maliyyələşdirilir.

Müharibə sonrası qorxu və stresdən azad olmaq, effektiv ünsiyyət sirlərini bilmək, bir çox psixoloji mövzularda fikir mübadiləsi aparmaq və təcrübəli psixoloqların konsultasiyalarında fərdi və ya qrup halında iştirak etmək istəyənlər təlimə qoşula bilərlər.

İştirak üçün qeyd olunan nömrələrlə əlaqə saxlamaq lazımdır. Əlaqə nömrəsi: +994 50 212 76 32.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR