TARİXİ XƏBƏRLƏR

Bakıda rayonlardan alınan meyvələr iki-üç qat baha satılır

Envato

Yayın gəlməsinə baxmayaraq, Azərbaycanda meyvələrin qiyməti bahadır. Xəzər Xəbər-in məlumatına görə, bazarlardakı vəziyyət hətta sosial şəbəkələrdə də müzakirə obyektinə çevrilib.

Sosial şəbəkələrdə dərc olunan materiallar göstərir ki, bu il qiymətlər əvvəlki illərlə müqayisədə xeyli bahadır.

Satıcılar qiymət artımını anbarlarda meyvələrin bahalaşması ilə əlaqələndirirlər. Müştərilər isə yay mövsümündə yerli istehsal olan meyvələrə çox yüksək qiymət ödədiklərini düşünürlər.

Aparılan araşdırma zamanı da məlum olub ki, həmin məhsullar rayonlarda bəzi hallarda 10 manat ucuz satılır.

Rayonlarda fermerlər bahalaşmada satıcıları günahlandırırlar. Onların sözlərinə görə, ucuz qiymətə satdıqları seçmə meyvələr Bakıda baha satılır, bağ sahiblərinin özləri isə ümumi qiymətin cüzi bir hissəsini alırlar.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR