TARİXİ XƏBƏRLƏR

Bakıda səkilər zəbt olunur, sakinlər isə təhlükə ilə üz-üzə qalırlar

Foto Atv-nin rəsmi Youtube kanalı

Bakıda piyadalar üçün nəzərdə tutulan səkiləri ayrı-ayrı şəxslər, sahibkarlıq subyektləri, şirkətlər, işbazlar zəbt edib. Bu haqda 22 iyun tarixində ATV məlumat verib.

Nəticədə insanlar məcburiyyət qarşısında avtomobil yoluna çıxmaqla təhlükə ilə üz-üzə qalırlar. Məsələn, Nəsimi rayonunda Dilarə Əliyeva, Səməd Vurğun, Mirzəağa Əliyev küçələrində belə faktlara rast gəlinir.

Piyadaların məcburiyyətdən qəfil avtomobil yoluna çıxması sürücülər üçün gözlənilməz olur.

Nəsimi Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin böyük məsləhətçisi, memar Ələsgər Rüstəmov bildirib ki, bu problemlərdən xəbərdardırlar. Həmin piyada səkiləri illər öncə zəbt olunub. Mütəmadi olaraq piyadaların hərəkətinə çətinlik yaradan sahibkarlara qarşı mübarizə aparılır.

Foto Atv-nin rəsmi Youtube kanalı
Foto Atv-nin rəsmi Youtube kanalı
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR