Nəsimi rayonunda kondisionerli dayanacaq quraşdırılıb. Bu haqda 22 iyun tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
3-cü mikrorayon, “Memar Əcəmi” metro stansiyasının çıxışının yaxınlığında sərnişinlərə komfort temperatur şəraitində avtobusun gəlməsini gözləməyə imkan verən ilk kondisioner (soyutma) sistemi olan avtobus dayanacağı istifadəyə verilib.
Dayanacaq Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə quraşdırılıb.
