Paytaxt məktəblərinin şagirdləri beynəlxalq yarışlarda qızıl medal qazanıblar. Bu haqda 22 iyun tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Xəyal Əliyev Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında I yeri tutub.
279 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəhim Rəhimli Türkiyədə boks idman növü üzrə keçirilən beynəlxalq yarışda I yerə layiq görülüb.
27 nömrəli tam orta məktəbin VII sinif şagirdi Tamerlan Yaqubov Xorvatiyada keçirilən taekvondo idman növü üzrə “Croatia Open” beynəlxalq turnirində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bakı məktəblərinin şagirdləri Türkiyədə və Xorvatiyada qızıl medal qazanıblar



