TARİXİ XƏBƏRLƏR

Bakının müxtəlif rayonlarında 3 piyada vurulub

Depositphotos

Bu gün, 22 iyun tarixində gecə saatlarında Bakıda piyadaların iştirakı ilə 3 yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report məlumat verib.

Yasamal rayonunda 15 yaşlı Əminə Əmirova yolu keçərkən onu avtomobil vurub. Gənc qız xəstəxanaya çatdırılıb.

Nizami rayonu ərazisində avtomobil 25 yaşlı Hüseynağa Hüseynovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Nizami rayonunda daha bir oxşar hadisə baş verib. “Neftçilər” metro stansiyasının yaxınlığında avtomobil yolu keçən 63 yaşlı Rahilə Şirinovanı vurub. Yaşlı qadın təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya yerləşdirilib.

Hər üç faktla bağlı araşdırma aparılır.

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR