Bakıda stronqmen üzrə Avrasiya çempionatı keçiriləcək. Bu haqda 22 iyun tarixində AZƏRTAC məlumat verib.
Bakı Su İdmanı Sarayının ərazisində iyunun 24-26-da stronqmen üzrə Avrasiya çempionatı təşkil olunacaq.
Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan 170-dək idmançı qatılacaq. İdmançılar strikt karl, benç press və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə 55 dəst medal uğrunda mübarizə aparacaqlar.
Turnirin təntənəli açılış mərasimi iyunun 25-də saat 16:00-da keçiriləcək.
Azərbaycandan 100-dək idmançı ilə təmsil olunacaq.