TARİXİ XƏBƏRLƏR

Bakı-Tbilisi reysi üzrə uçuşlar bərpa olunur

Foto Azal.az saytı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Tbilisi aviareyslərini bərpa edir. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.

Uçuşlar 1 iyul tarixindən etibarən həftədə üç dəfə – bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Bir istiqamət üçün qiymət 240 manat təşkil edir.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR