TARİXİ XƏBƏRLƏR

Biləcəri qəsəbəsində avtomobil qaçırılıb

Depositphotos

Binəqədi rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Bu haqda 22 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Biləcəri qəsəbəsində iyunun 21-nə keçən gecə avtomobillərin yuyulması məntəqələrinin birindən Tovuz rayon sakini O.Məmmədovun “Honda” markalı nəqliyyat vasitəsi qaçırılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin orada işləyən Cəlilabad rayon sakini S.Əsədov tərəfindən qaçırılması müəyyən olunub. O, daha sonra avtomobili Nəsimi rayonunun Cavadxan küçəsində idarə edərkən hasara vurub.

Faktla bağlı araşdırma davam edir.

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR