TARİXİ XƏBƏRLƏR

Buzovnada qanunsuz hasar və tikililər sökülür

Foto Oxu.az saytı

Xəzər rayonu, Buzovna qəsəbəsində bu gün, 22 iyun tarixində səhər saatlarından etibarən dəniz kənarındakı qanunsuz hasarların və tikililərin sökülməsinə başlanılıb.

İşlər Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən birgə həyata keçirilir.

Məlumatlara görə, qayalar da tikinti tullantılarından təmizlənib, azad olunan sahələr çimərliklərə birləşdiriləcək. Aidiyyəti qurumlar tərəfindən əraziyə nəzarət gücləndiriləcək.

Bundan sonra sahilin zəbt edilməsi və çirklənməsinin qarşısının alınması üçün vətəndaşlar arasında izahat işləri aparılacaq. Eyni zamanda, qanunu pozanlara cəza tədbirlərinin tətbiqi ilə bağlı xəbərdarlıq ediləcək.

Daha öncə, 12 iyun tarixində məlum olub ki, Buzovna qəsəbəsində dəniz sahilindəki qayaların böyük hissəsi zəbt olunaraq dağıdılır. Bununla bağlı qəsəbənin bir qrup sakini ölkə başçısına müraciət edib.

Buzovnada qanunsuz hasar və tikililər sökülür

Foto Oxu.az saytı
Foto Oxu.az saytı
Foto Oxu.az saytı Foto Oxu.az saytı
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR