Qarabağ zəfərinə həsr olunmuş tamaşa hazırlanır. Bu haqda 22 iyun tarixində Bakuplus.az Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Qarabağ – Vətən müharibəsi” mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq, qalib əsərin səhnə məşqlərinə başlanılıb.
Teatrdan müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin “Balaca kişilər” pyesi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunub.
Pyesin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tamaşanın tərtibatçı rəssamı Yekaterina Xaritonova, geyim rəssamı İradə Heydərovadır.
Tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov ifa edəcəklər.
Tamaşanın premyerası Zəfər Gününə nəzərdə tutulub.