TARİXİ XƏBƏRLƏR

“Gənclik” metrosunun yaxınlığında motosikletçi avtomobilə çırpılıb

Foto BakuPlus.az

Bakının Nərimanov rayonunda motosiklet minik avtomobilinə çırpılıb. Hadisə iyunun 21-dən 22-nə keçən gecə baş verib. Bu haqda məlumat bu gün, 22 iyun tarixində Bakuplus.az məlumat verir.

Verilən məlumata görə, hadisə Vaqif prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, Dədə Qorqud parkının yaxınlığında baş verib. Ukrayna vətəndaşı Konstantin Dovqan idarə etdiyi mopedlə eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb. Hadisə yerinə cəlb olunan yol polisi əməkdaşları həmin hissədə avtomobillərin hərəkəti məhdudlaşdırıblar.

Mopedin sürücüsü ağır bədən xəsarətləri alaraq təcili tibbi yardımın köməkliyi ilə 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

“Toyota”-nın sürücüsü bildirib ki, motosikletçi onun sağ tərəfində eyni istiqamətdə hərəkət edən zaman qəfil sola manevr edərək maşına çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR