Bakının Yasamal rayonunda yerləşən “Globus” Biznes Mərkəzində tüstülənmə faktı qeydə alınıb. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az məlumat verir.
Hadisə yerinə Fövəqəladə Hallar Naziriliyinin (FHN) 4 yanğınsöndürən maşını cəlb olunub. Hazırda FHN əməkdaşları hadisə yerində tüstülənmənin mənbəyini aşkar etmək üçün binada baxış keçirirlər.
Hadisə ilə əlaqədar Bəsti Bağırova küçəsində sıxlıq müşahidə olunur.
Xəbər yenilənəcək.