TARİXİ XƏBƏRLƏR

Lökbatan qəsəbəsində yollarda təmir işləri aparılır

Foto AAYDA-nın rəsmi saytı

Qaradağ rayonunda daha bir küçə abadlaşdırılır. Bu haqda 22 iyun tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Lökbatan qəsəbəsində uzunluğu 1000 metr olan Massiv 6, 1A küçəsi və 2800 metr uzunluğa malik Massiv 6, Yeni məhəllənin yollarında təmir işləri aparılır.

Yenidənqurma işləri çərçivəsində:

  • yararsız qrunt qazılaraq çıxarılıb;
  • yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb;
  • yol əsası işlənilib.

Hazırda hər iki ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Foto AAYDA-nın rəsmi saytı
Foto AAYDA-nın rəsmi saytı
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR