Nərimanov rayonunda sərxoş sürücü avtomobili səkiyə çırparaq xəsarət alıb. Bu haqda 22 iyun tarixində APA məlumat verib.
Vaqif Atayev idarə etdiyi “Toyota” markalı avtomobil ilə Ziya Bünyadov prospektində yüksək sürətlə hərəkət edib. Atatürk prospekti ilə kəsişmədə sükana nəzarəti itirən sürücü maşını əvvəlcə səkiyə çırpıb. Daha sonra isə avtomobil park ərazisinə düşüb. Zərbənin təsirindən sürücü baş və bədən nahiyələrindən ağır xəsarət alıb.
Vaqif Atayev xəstəxanaya yerləşdirilib.
