TARİXİ XƏBƏRLƏR

Sürücülər “Memar Əcəmi” metrosunun yaxınlığındakı parkinqdən şikayətlənirlər

Foto Oxu.az saytı

Bakıda “Memar Əcəmi” metro stansiyasının yaxınlığında parkinq problemi yaranıb. Bu haqda Oxu.az Bakı sakininə istindən məlumat verib.

Verilən məlumata əsaəsən, parkinq yerinin düzgün təşkil olunmaması səbəbindən sürücülər bəzən bu ərazini tərk edə bilmirlər.

Video müəllifinin sözlərinə görə, o, avtomobilini çıxarmaq üçün parklanma ərazisində digər maşınların sahiblərini bir saat gözləməli olub.

Dayanacaqlara cavabdeh şəxsin sözlərinə görə, parkinq qanunidir. Şikayətlərə baxmayaraq, problem həll olunmur, dayanacağa nəzarət edən şəxs heç bir tədbir görmür.

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR