Sabirabad rayonunun Suqovuşan kəndində iyunun 21-də qız qaçıran Bakı sakini müəyyən edilərək saxlanılıb. Bu haqda bu gün, 22 iyun tarixində APA məlumat verib.
Kənd sakini A.Həsənov rayon polis şöbəsinə müraciət edərək bildirib ki, nəvəsi saat 17:00 radələrində ailə qurmaq məqsədilə naməlum şəxs tərəfindən qaçırılıb.
Həmin gün saat 21:00 radələrində Nərimankənd kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü İ.İsmayılov DYP-yə müraciət edərək avtomobilində olan iki sərnişinin özlərini şübhəli aparması barədə məlumat verib.
İstintaqla müəyyən edilib ki, şübhəlilərdən biri Bakı şəhər sakini R.Mirzəyev. Digəri isə qaçırılan qızdır. Onlar tutularaq Sabirabad RPŞ-yə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.