TARİXİ XƏBƏRLƏR

“Salaam Cinema Baku”-da növbəti film nümayişi keçiriləcək

Foto Salaam Cinema Baku İnstagram səhifəsi

“Salaam Cinema Baku”-da 25 iyun, saat 20:00-da Əsgər Fərhadinin “Ayrılıq” adlı filmi nümayiş olunacaq. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az təşkilata istinadən xəbər verir.

Naderin atasının səhhəti pisləşdiyinə görə, həyat yoldaşı Simin və qızı İranı tərk etmək istəyirlər. Onun buna icazə verməməsi, Siminin isə yoldaşından boşanmaq üçün uğursuz cəhdi nəticəsində qarışıq hadisələr cərəyan etməyə başlayır. Nader atasına baxması üçün Razieh adlı gənc qadını işə götürür, lakin işlər pisləşir.

Giriş sərbəstdir (ianə qəbul edilir). Yaş məhdudiyyəti: 16+.

Biletləri girişdə almaq olar. Rezervasiya etmək mümkün deyil. COVID-19 peyvəndi pasportu tələb olunur.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR