Suraxanı rayonunda naqil oğrusu tutulub. Bu haqda 22 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Suraxanı qəsəbəsi ərazisində iyunun 18-də körpünün üzərindəki dirəklərdən 970 metr naqil oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Babayev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.