Bu gün Teymur Rəcəbov Çin şahmatçısı ilə görüşəcək. Bu haqda 22 iyun tarixində Report məlumat verib.
Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə keçirilən İddiaçılar Turnirində Çin təmsilçisi Dinq Lirenlə qarşılaşacaq və ağ fiqurlarla oynayacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bundan əvvəl Teymur Rəcəbov Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya) və Yan-Kşiştof Duda (Polşa) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. Hazırda o, Liren və Firuzca ilə birlikdə hərəyə 1,5 xalla 6-8-ci yerləri bölüşdürür.