TARİXİ XƏBƏRLƏR

Xətai rayonunda ömrünü başa vurmuş ağaclar sakinləri narahat edir

Foto Real TV-nin rəsmi Youtube kanalı

Xətai rayonunda qurumuş ağaclar sakinlərin təhlükə mənbəyinə çevriliblər. Bu haqda 22 iyun tarixində Realtv məlumat verib.

Yeni Əhmədli qəsəbəsi, Nəsrəddin Tusi küçəsində yaşayan sakinlər ərazidəki qurumuş, ömrünü başa vurmuş ağacların yarada biləcəyi fəsadlardan narahatdırlar. Onlar bildirir ki, sakinlər 1977-ci ildə ərazini yaşıllaşdırmaq məqsədilə bir sıra ağaclar əkiblər.

Küləkli havalarda təhlükə daha çox artır. Burada bir neçə il öncə qurumuş ağacın aşaraq avtomobili zədələməsi faktı da müşahidə olunub.

Sakinlərin sözlərinə görə, qurumuş ağaclarda kol-koslar yanğının da mənbəyi ola bilər. Ehtiyatsız bir davranış ərazidəki digər yaşıllıqların məhvinə gətirib çıxarar.

“Hal-hazırda adıçəkilən ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilir. Bu haqda artıq məlumatımız var. Bununla əlaqədar təşkilatlara məlumat veriləcəkdir və yaxın bir zamanda bu problemin aradan qaldırılması təmin ediləcəkdir”, – Xətai RİH-nin İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məsələyə aydınlıq gətirib.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR