Bakıda supermarketin xanım müdirini ölümlə hədələyiblər. Bu haqda 22 iyun tarixində Qafqazinfo məlumat verib.
Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “Rahat” supermarketinin müdiri, 39 yaşlı Y.A. işlədiyi yerə gələn şəxs onu hədələyib. Polisə müraciət edən xanım bildirib ki, 45 yaşlı R.Əlizadə onu təhqir edib və öldürəcəyini deyib.
Müraciətdən sonra təhqir edən şəxs Polis Şöbəsinə dəvət edilib.
Faktla bağlı araşdırmalar aparılır.