Dələduzluq yolu ilə külli miqdarda pul mənimsəyən qadına hökm oxunub. Bu haqda 23 iyun tarixində APA məlumat verib.
Dələduzluqda təqsirləndirilən 48 yaşlı Ülkər Qədirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, əvvəllər də dələduzluğa görə 11 il həbsdə olub. Hətta məhkumluğu ola-ola 9 nəfərə qarşı dələduzluq edib.
Zərərçəkmişlər arasında “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbəri Zeynalov Əliyusif, “Azəriqaz”ın İsmayıllı rayon şöbəsinin rəisi Aftandil Kərimov, “Azəriqaz”ın İsmayıllı şöbəsinin rəis müavini Qurban
Mehdiyev var.
Ülkər Qədirova ümumilikdə 107.000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.