TARİXİ XƏBƏRLƏR

“20 Yanvar” dairəsini Sumqayıt avtobusları və manatlıq taksilər işğal edib

Foto Avtosfer.az saytı

“20 Yanvar” dairəsində 4 zolaqdan 3-ü zəbt olunub. Bu haqda 23 iyun tarixində Avtosfer.az məlumat verib.

“20 Yanvar” dairəsində hərəkətin normal tənzimlənməsi üçün müxtəlif üsullar tətbiq olunsa da, heç biri effekt verməyib. Bu ərazidə ilk öncə körpü tikildi, sonra işıqfor qoyuldu, ardınca ərazidə piyadaların xaotik hərəkətinin qarşısını almaq üçün dəmir məhəccərlər quraşdırıldı. Lakin problem yenə də həllini tapmayıb.

Tbilisi prospektindən dairəyə daxil olan yolda 4 zolaq olsa da, onlardan 3-ü Sumqayıt avtobusları və manatlıq taksilər tərəfindən zəbt edilib. Yalnız 1 zolaq və orta zolağın yarısının hesabına maşınlar iki cərgədə çətinliklə hərəkət edir. Sakinlər deyirlər ki, dairədə sağa daimi yaşıl işıq yansa da, taksilərin zəbt etdiyi həmin sağ zolaqdan dönmək mümkün deyil.

Sürücülər istəyirlər ki, aidiyyəti qurumlar “20 Yanvar”da vəziyyəti nəzarətə götürüb qaydaları bərpa etsinlər.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR