TARİXİ XƏBƏRLƏR

6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Fransada uğur qazanıb

Foto Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi saytı

6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Beynəlxalq Müsabiqənin birincisi olub. Bu haqda 23 iyun tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin III sinif şagirdi Aydan Hüseynova Fransanın Paris şəhərində keçirilən “İnternational Folklore Competition in Paris” Beynəlxalq Müsabiqəsində iştirak edib. O, müsabiqədə P.İ.Çaykovskinin “Baba yaqa”, “Sladkaya qryoza” əsərlərini məharətlə ifa edib. Qızcığaz münsiflər heyətinin qərarı ilə I yeri tutaraq diplomla mükafatlandırılıb.

Aydanın müəllimi Lalə Useynova da diplomla təltif edilib.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR