TARİXİ XƏBƏRLƏR

Şağan Olimpiya İdman Kompleksində Hap ki do döyüş növü üzrə çempionat təşkil olunacaq

Foto Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmi Facebook səhifəsi

Bakıda Hap ki do döyüş növü üzrə Bakı şəhər birinciliyi və çempionatı keçiriləcək. Bu haqda 23 iyun tarixində Bakuplus.az məlumat verir.

Turnir 25-26 iyun tarixlərində Şağan Olimpiya İdman Kompleksində keçiriləcək. Tədbir Azərbaycan Hap ki do Federasiyası, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunur.

Uzaq Şərqin qədim döyüş sənətlərindən biri olan Hap ki do bədəni və ruhu birlikdə inkişaf etdirən ən intizamlı döyüş sənətlərindən biridir.

“Bədən və ruhun harmonik birliyi”, “həyat və bədən enerjisi” və “təhsil sənəti” sözlərindən əmələ gələn Hap ki do Koreya mənşəli Uzaq Şərq döyüş sənətidir. Adi idman növlərindən fərqli olaraq, həyat tərzi kimi də xarakterizə edilən hap ki doda cüdo, karate, taekvondo, aykido, kunq-fu, kendo və ciu-citsu kimi qolların texnikaları yer alır.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR