TARİXİ XƏBƏRLƏR

Bakıda atasını öldürən şəxsə hökm oxunub

Depositphotos

Bakıda atasını küt alətlə öldürən şəxsə hökm oxunub. Bu haqda 23 iyun tarixində APA məlumat verib.

Bu ilin mart ayının 12-də Ramiz Kərimov təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölüb. Onun meyiti müayinə olunub və mərhumun baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub. Məlum olub ki, xəsarət küt əşya ilə endirilən təkrar zərbələrin təsirindən yetirilib.

Araşdırma nəticəsində hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verdiyi məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində CM-in “Sanksiya həddindən aşağı cəza təyin etmə” maddəsi tətbiq edilərək, İlqar Kərimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR