ARTIM Layihə Məkanında 25 iyun tarixində eksperimental “Ephemera” tamaşası göstəriləcək. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az məlumat verir.
Tamaşanın iştirakçıları: oxucu Natiq Muxtarov, DJ Danil Jdanov və rəqqasə Lenay Seyidəlizadə.
Natiq Muxtarov CBC Sport-un direktorudur, aktyorluq sənəti ilə məşğul olur.
Danil Jdanov 15 illik təcrübəyə malik rusiyalı elektron musiqiçi və səs rejissorudur.
Lenay Seyidəlizadə xoreoqraf, rəqqasə, Bakı tanqo terapiyası məktəbinin banisi və rəqs fəlsəfəsinin tədqiqatçısıdır.
Tədbir saat 19:00-da başlayır.
Tamaşa Azərbaycan dilində nümayiş etdiriləcək. Giriş sərbəstdir. Yerlərin sayı məhduddur.