TARİXİ XƏBƏRLƏR

Bakıda güclü tıxaclara görə avtobuslar gecikmə ilə hərəkət edir

Depositphotos

Bu gün, 23 iyun səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan sıxlıq və tıxac müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların hərəkət intervalında gecikmələrə səbəb olub. Bu haqda Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Vahid dispetçer xidmətindən verilən məlumata görə, şəhərin mərkəzini və şəhərətrafı qəsəbələri əhatə edən 20 əsas istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur. Tıxaclar səbəbindən 40-a yaxın marşrut xətti üzrə avtobusların hərəkət intervalında 10-15 dəqiqədən artıq gecikmələr yaranıb.

Ümumi siyahını burada izləmək mümkündür: https://t.me/bakutransport/1326

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR