Gömrük general-mayoru, “Azərterminalkompleks” birliyinin sabiq direktoru Ehtiram Xəlilov həbs olunub. Bu haqda bu gün, 23 iyun tarixində APA məlumat verib.
Gömrük generalı külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun 200 min manatdan çox rüşvət aldığı bildirilir. Xüsusi əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilib.
Məhkəmə prosesi Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilib. Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.