Bakıda və Abşeron rayonunda 25-26 iyun tarixlərində “Kənddən şəhərə” həftəsonu yarmarkaları keçiriləcək. Bu barədə 23 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarkalarda ümumilikdə 50 rayondan 100-ə yaxın fermer iştirak edəcək. Satışa 100-ə yaxın kənd təsərrüfatı məhsulu çıxarılacaq.
Yarmarkalar aşağıdakı ünvanlarda keçiriləcək:
– Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 5 (Gənclik metrosunun çıxışı);
– Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı);
– Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.