TARİXİ XƏBƏRLƏR

Bakıda narkotik vasitənin təsiri altında olan şəxs polisdən qaçmağa cəhd edib

Foto DİN-in rəsmi Facebook səhifəsi

Bakıda 3 nəfər polisdən qaçaraq şirniyyat evində gizlənməyə cəhd edib. Hadisə bir neçə gün əvvəl axşam saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində baş verib. Bu haqda bu gün, 23 iyun tarixində Qafqazinfo məlumat verib.

Ərazidə xidmət aparan polis əməkdaşları küçədə şübhəli görünən 3 nəfərə yaxınlaşmaq istəyiblər. Bu zaman həmin adamlar qaçmağa başlayıblar. Bir müddət qaçdıqdan sonra, onlar həmin küçədə yerləşən “Javelin” şirniyyat evinə girərək qapını arxadan bağlayıblar. Polis dəfələrlə qapını açmağı tələb etsə də, kişilər tələbləri rədd ediblər. Əraziyə əlavə polis əməkdaşlarının gəldiyini görən şübhəlilər qapını açaraq çölə çıxmağa razılaşıblar.

Polis bölməsinə aparıldıqdan sonra, həmin şəxslərdən birinin narkotik vasitədən istifadə etməsi müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin “Narkotik vasitələri və psixotrop maddələri qanunsuz istifadə etmə” maddəsi ilə protokol tərtib edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə F.Qədirov 300 manat cərimə olunub.

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR