TARİXİ XƏBƏRLƏR

Bakıda Rəsul Rzanın ev-muzeyi yaradılacaq

Foto açıq mənbədən

Azərbaycan prezidenti İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytına istinadən məlumat verib.

Sənədə əsasən, Səbail rayonu, Rəsul Rza küçəsi, 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Rəsul Rza (1910-1981) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatıdır. Rza milli poetik fikrin sənətkar-novatoru kimi böyük şöhrət qazanmışdır. O, Azərbaycan xalqının və ölkəsinin ictimai-mədəni həyatında bilavasitə iştirak etmiş, genişmiqyaslı fəaliyyəti ilə tanınmışdır.

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR