TARİXİ XƏBƏRLƏR

Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb

Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub. Bu haqda 23 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Nərimanov rayonunda evdən 6500 manat pul oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, rayon ərazisində bir-neçə evi də qarət edib. Onun oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı, paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.

Faktlarla bağlı araşdırma aparılır.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR