Bakı Kitab Mərkəzində 24 iyun tarixində uşaqlar üçün “Oxu saatı” keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 23 iyun tarixində xəbər verir.
Görüş saat 15:00-da başlayacaq. Giriş sərbəstdir.
Bu dəfə tədbirin qonağı “Ağıllı bala” uşaq nəşriyyatının rəhbəri, yazıçı Fatimə Alxaz olacaq.
Bu tip tədbirlərin keçirilməsində məqsəd uşaqları ədəbiyyatla tanış etmək, kitaba olan maraqlarını artırmaqdan ibarətdir.