TARİXİ XƏBƏRLƏR

Bakının “Bakku Muzik Hall” restoranında nöqsanlar aşkarlanıb

Foto AQTA-nın rəsmi səhifəsi

Azərbaycan Respulikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Binəqədi rayonunda fəaliyyət göstərən “Bakku Muzik Hall” restoranında reyd keçirilib. Bu haqda 23 iyun tarixində agentliyin rəsmi saytında məlumat paylaşılıb.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, həmçinin qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu məlum olub.

Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisədə qida məhsullarının hazırlanması ilə bağlı işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub.

Bakının “Bakku Muzik Hall” restoranında nöqsanlar aşkarlanıb

Foto AQTA-nın rəsmi səhifəsi
Foto AQTA-nın rəsmi səhifəsi
Foto AQTA-nın rəsmi səhifəsi Foto AQTA-nın rəsmi səhifəsi
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR