Bakının Səbail rayonu, Filarmoniya bağında güclü külək nəticəsində iri çoxillik ağac aşıb. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az məlumat verir.
Hadisə yerinə “Bakı Abadlıq” xidmətinin işçiləri cəlb olunub. Ağac yerində doğranaraq ərazidən götürülüb.
Bir müddət əvvəl, 29 mart tarixində Filarmoniya bağında daha bir iri ağac aşaraq Niyazi küçəsində hərəkəti qismən məhdudlaşdırmışdır.
Filarmoniya bağında ağac aşıb



