TARİXİ XƏBƏRLƏR

Həbsdə olan tanışına narkotik keçirmək istəyən şəxs yaxalanıb

Envato

Bakı İstintaq təcridxanasında həbsdə olan məhkuma narkotik keçirmək istəyən şəxs saxlanılıb. Bu haqda 23 iyun tarixində Qafqazinfo məlumat verib.

Bakı şəhər sakini Hədiyyə Əskərova məhkum Kənan İsmayılovla görüşə gəlib. Əskərova tərəfindən gətirilən sovqata baxış keçirilib və şirniyyatın içərisində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 3,725 qram olan heroin tapılıb.

Faktla bağlı araşdırma davam edir.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR