Heydər Əliyev Sarayında baş vermiş kadr dəyişikliyindən sonra direktor vəzifəsini icra edən şəxs təyin olunub. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Mədəniyyət Nazirliyindən verilən məlumata əsasən, nazir Anar Kərimovun əmri ilə direktorun birinci müavini Faiq Mirzəyev hazırda direktor vəzifəsini icra edir.
Daha öncə, 16 iyun tarixində məlum olub ki, Sarayın direktoru Ramil Qasımov tutduğu vəzifədən azad olunmuşdur. Onun əmək müqaviləsinin müddətinin bitdiyi üçün işdən çıxarıldığı bildirilir.