TARİXİ XƏBƏRLƏR

Nəsimi rayonunda avtoşluq edən əsgər cəzalandırılıb

Foto Avtosfer.az saytı

Bakıda avtoşluq edən əsgər həbs olunub. Bu haqda 23 iyun tarixində Qafqazinfo məlumat verib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Məlikov hərbi xidmətdə ola-ola avtoşluq edib. Daha sonra avtoxuliqanlıq əməlini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.

Belə ki, aprelin 26-da gecə saat 01:30 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Əziz Məlikov əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb.

Onun yeri bir neçə günlük axtarışlardan sonra müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.

Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və Bakı hərbi məhkəməsinin qərarı ilə təqsirəndirilən barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR