Bakı Buxtası ərazisində balıqçılıqla məşğul olan şəxslər saxlanılıb. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi balıqovlama alətləri ilə balıq tutan Arif Həsənov və Elvin Həsənov saxlanılıblar. Onların qayıqlarından 161 ədəd müxtəlif növ körpə balıq və digər ləvazimatlar aşkar olunub.
Hər iki şəxs barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
