TARİXİ XƏBƏRLƏR

“Salaam Cinema”-da “Art terapiya” psixoloji təlimi keçiriləcək

Foto Salaam Cinema Baku İnstagram səhifəsi

Bakının “Salaam Cinema” məkanında 26 iyun tarixində “Art terapiya” psixoloji təlimi keçiriləcək. Bu hadqa bu gün, 23 iyun tarixində Bakuplus.az məlumat verib.

Tədbir saat 12:00-da baş tutacaq. Seansı Leyla Mirsəlim aparacaq. Art-terapiyaya qoşulacaq qonaqların sayı 4 nəfərdir.

Art-terapiyanın məqsədi gündəlik həyatda qarşılaşan stres, travma, qorxu, güvənsizlik və narahatlıq kimi mənfi emosional vəziyyətlərdən xilas olmaqdır.

İştirak etmək üçün əvvəlcədən Leyla Mirsəlimlə (@ley.mirsalim-İnstaqram) əlaqə saxlayıb qeydiyyatdan keçmək lazımdır.

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR