Bakıda 3 avtomobili yaran şəxs saxlanılıb. Bu haqda 23 iyun tarixində Modern.az xəbər verib.

Yasamal rayonunda müxtəlif vaxtlarda Ş.Qurbanov, C.Cabbarlı və İzmir küçələrində “Mercedes”, “Toyota” və “Chery” markalı üç avtomobildən oğurluq edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Teymurov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.