TARİXİ XƏBƏRLƏR

Yasamal rayonunda “Porsche” markalı avtomobili cızan qadın saxlanılıb

Foto Oxu.az saytı

Bakıda lüks avtomobili cızan şəxs saxlanılıb. Bu haqda 23 iyun tarixində Oxu.az məlumat verib.

Yasamal rayonunda iyunun 17-də naməlum qadın “Porsche” markalı avtomobili əlindəki əşya ilə qəsdən cızıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı məlum olub ki, Təranə Bağırovaya məxsus “Porsche” markalı avtomobili əlindəki əşya ilə qəsdən cızan şəxs Banu Əliyevadır.

“Həmin gün mən sərxoş idim və 2-3 saat ərzində şəhərdə gəzmişəm. Daha sonra evə getmişəm. Heç nə xatırlamıram. Törətdiyim əməldən xəbərsizəm. “Porsche” markalı avtomobilin sahibini tanımıram”, – deyə o, izahatda bildirib.

Avtomobilin sahibi ziyana görə Banu Əliyevadan 600 manat tələb edib.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR