TARİXİ XƏBƏRLƏR

Yeni tikili Şirvanşahlar Sarayından dəniz mənzərəsini kəsir: qoruq açıqlama verib

Foto Rasul Rzalinin Facebook səhifəsi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Müslüm Maqomayev küçəsi, 56 ünvanında binanın dam örtüyündə aparılan tikinti işlərinə münasibət bildirib. Bu haqda bu gün, 23 iyun tarixində Report məlumat verib.

Bildirilib ki, bu bina xüsusi mülkiyyətdə olan, 2000-ci illərin əvvəllərində tikilən qeyri-yaşayış binasıdır və tarixi abidə statusuna malik deyil.

İdarədən bildirilib ki, binanın dam örtüyündə təmir işlərinin aparılması üçün ev sahibindən müraciət daxil olub. İşlər razılaşdırılmış layihə sənədləri əsasında idarənin mütəxəssislərinin nəzarəti altında həyata keçirilir.

Daha öncə sosial şəbəkələrdə İçərişəhər ərazisində Şirvanşahlar sarayı tərəfdən dənizə panoramik mənzərəni bağlayan binanın damında kafe tikildiyi barədə məlumat yayılıb.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR