TARİXİ XƏBƏRLƏR

Zirə qəsəbəsində yollarda təmir işləri aparılır

Foto AAYDA-nın rəsmi saytı

Xəzər rayonunda küçələr abadlaşdırılır. Bu haqda 23 iyun tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Zirə qəsəbəsində ümumi uzunluğu 1150 metr olan Yeni sahə, Dəmiryol küçəsi, həmçinin Seyid Əzim Şirvani və Həsrət Ağamalıoğlu küçələrinin yollarında təmir işləri aparılır.

Yenidənqurma işləri çərçivəsində:

  • yararsız qrunt qazılaraq çıxarılıb;
  • əks-dolğu işləri aparılıb;
  • yeni yol əsasının salınması işləri görülüb.

Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Sonuncu mərhələdə yolcizgi və yolgöstərici xətləri çəkilərək təmir işləri yekunlaşdırılacaq.

Foto AAYDA-nın rəsmi saytı
Foto AAYDA-nın rəsmi saytı
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR