Yasamal rayonunda “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib. Bu haqda 24 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

“Bizim həyət” layihəsi Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1, Dadaş Bünyadzadə kücəsi 3 və 4 ünvanlarında 1000 nəfərdən çox sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir. Abadlaşdırılan həyətdə əlil və sağlamlığında problemi olan insanların rahat hərəkət etməsi nəzərə alınıb, uşaq meydançası tikilib. Yeni həyətin ərazisində söhbətgahlar inşa edilib, oturacaqlar, müxtəlif idman qurğuları, şahmat meydançaları qurulub. Həmçinin heyvanları nəzərə alaraq, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin rahatlığı üçün həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, elektrik sistemi, qaz, su və istilik xətləri yenidən qurulub. Həyətin ərazisində 100 ədəd ağac əkilib, ərazidə yaşıllıq zolağı salınıb.

“Bizim həyət” layihəsi çərçivəsində növbəti həyət abadlaşdırılıb

Foto IDEA rəsmi Facebook səhifəsi
Foto IDEA rəsmi Facebook səhifəsi
Foto IDEA rəsmi Facebook səhifəsi
Foto IDEA rəsmi Facebook səhifəsi
Foto IDEA rəsmi Facebook səhifəsi Foto IDEA rəsmi Facebook səhifəsi Foto IDEA rəsmi Facebook səhifəsi Foto IDEA rəsmi Facebook səhifəsi