Paytaxtın Sabunçu rayonu, Kürdəxanı və Maştağa qəsəbələri ərazisində daxili küçələr təmir olunur. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Hazırda Kürdəxanı qəsəbəsində 1700 metr uzunluğunda Arif Abdullayev küçəsi, 45-46-cı dalanlar üzrə aparılan təmir işləri yekunlaşır.

Maştağa qəsəbəsində 1100 metr uzunluğunda Xanlar yaşayış massivinin 1-ci keçidində təmir işləri aparılır.

Cari il ərzində Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə tutulub.

Foto AAYDA-nın rəsmi saytı
Foto AAYDA-nın rəsmi saytı