Bakının Milli Xalça Muzeyində 29 iyun tarixindən “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi açılacaq. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az məlumat verir.

Qurama sənətinə həsr olunan sərgidə 40-a yaxın nümunə təqdim olunacaq. Sərgidə müəllifin orijinal əsərləri ilə yanaşı, ona bağışlanmış 20-ci əsrin əvvəllərinə aid kompozisiyalar da nümayiş olunacaq.

Xalidə xanımın quramalarının əksəriyyətini müxtəlif örtüklər, yastıq üzləri, dekorativ süfrələr, mozaik pannolar təşkil edir. O, həm də qurama araqçınlar, jiletlər və suvenir mütəkkələrin müəllifidir. İlk dövrlərdə yaratdığı quramalarda əsasən ipək parçalardan istifadə edən sənətkar sonralar müxtəlif növ parçalarla yaradıcılıq imkanlarını daha da genişləndirib.

Sərgi 10 sentyabr tarixinədək davam edəcək.